Rəşad Sadıqov qəzaya uğradı

Təzəlikcə milli karyerasını başa vuran "Qarabağ"ın kapitanı Rəşad Sadıqov avtomobil qəzasına düşüb. FutbolPlanet.Az xəbər verir ki, xoşagəlməz hadisə bu gün Binə yolunda baş verib. Ağdam klubunun U-19 komandasına rəhbərlik edən təcrübəli futbolçu "Neftçi" ilə oyundan qayıdarkən, idarəetməni itirib və "Range Rover" markalı maşınını yolun kənarındakı maneə dirəyinə çırpıb. Sadıqovun avtomobili əzilsə də, özünə heç nə olmayıb. Hazırda Rəşadın durumu normaldır.

loading...