UEFA 2017/2018-ci il mövsümündə Avropa Liqası turnirində iştirak edən klublarımıza maliyyə vəsaiti ayırıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb.

“Zirə”– 440 min avro

“Qəbələ” – 460 min avro

“İnter” – 440 min avro

Qeyd edək ki, “İnter” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.

loading...