"Kəpəz"də fasilə bitdi

Oktyabrın 14-ü, Premyer Liqanın VIII turunda "Zirə"nin qonağı olacaq "Kəpəz" hazırlıqlara başlayıb. FutbolPlanet.Az xəbər verir ki, Gəncə təmsilçisi məşqlərini "Dalğa Arena"da keçir. Əyalət klubunun bu günkü məşqi saat 11-də olub. Sabahki məşq də 11-ə nəzərdə tutulub. Ayın 13-də baş tutacaq hazırlıq isə 17:00-da start götürəcək.

loading...