19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirəcək. FutbolPlanet.Az xəbər verir ki, komandamız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Millimiz seçmə mərhələnin ilk oyununda İrlandiya ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə uduzub.

loading...