Topaz Premyer Liqasının 7-ci turunun azarkeş sayı məlumdur. FutbolPlanet.Az xəbər verir ki, son turda ən çox azarkeş "İnter Arena"da keçirilən "İnter" - "Neftçi" matçında qeydə alınıb. Qonaqların 2:0 hesablı qalibiyyəti ilə başa çatan görüşü 3500 tamaşaçı tribunadan izləyib. Ən az azarkeş isə Qəbələdə qeydə alınıb. Belə ki, yerli komandanın "Kəpəz"lə oyununa (0:2) 175 tamaşaçı baxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Zirə" duelini (0:0) 2500, "Dalğa Arena"da reallaşan "Səbail" - "Sumqayıt" qarşılaşmasını (0:2) isə 400 tamaşaçı izləyib.

loading...