Kamran "Mlada" ilə mərhələ adladı

Çexiya kubokunda 1/16 final mərhələsinin oyunları reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Mlada" klubu doğma divarlar arasında "Pribram"ı qəbul edib. Oyun Kamranın komandasının inamlı qələbəsi ilə başa çatıb - 3:0. Bununla da "Mlada" 1/8 finala yüksəlib. Start heyətində yer alan Kamran sonadək mübarizə aparıb.

loading...