"Karvan"ın stadionu yeniləndi

Bu mövsüm I Divizionda iştirak edəcək "Karvan" klubu stadionuna "əl gəzdirib". FutbolPlanet.Az xəbər verir ki, Yevlax şəhər stadionunda yenidənqurma işləri aparılıb. Təbii ot örtüyü ideal vəziyyətə salınıb, yararsız hala düşmüş oturacaqlar isə yenisi ilə əvəzlənib. Yenidənqurma işləri komanda ilə Yevlax Rayon İcra Hakimiyyəti tərəfindən gerçəkləşdirilib.

loading...