Kurtua 5 illik tilsimi qırdı

"Çelsi"nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirdikləri matçda (6:0) bir ilkə imza atıb. FutbolPlanet.Az xəbər verir ki, belçikalı qolkiper oyunda vurulan ikinci qolun ötürməsini verib. Beləliklə, assist edən 25 yaşlı əlcək sahibi ÇL tarixinə düşüb. Qitənin bir nömrəli klub turnirində sonuncu dəfə məhsuldar ötürmə ilə yadda qalan qapıçı "Seltik"in sabiq qolkiperi Freyzer Forster olub. O, 2012-ci ildə "Barselona" ilə matçda qolun ötürməsini verib.

loading...