"Beşiktaş" hücumçu axtarışında

"Beşiktaş" heyətinə yeni hücumçu qatmaq fikrindədir. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisi "Orlando Siti"də forma geyinən Kayl Larinlə yaxından maraqlanır. Türkiyə klubu istəyini reallaşdırmaq üçün qışda ABŞ klubunun "qapısını döyəcək". İngiltərənin "Lids Yunayted" klubu da kanadalı futbolçunun xidmətində maraqlıdır. Lakin 22 yaşlı oyunçunun qış transfer dönəmində "Beşiktaş"a keçəcəyi daha real görünür.

loading...