Rəşad ÇL-nın tarixinə düşdü

Millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının tarixinə düşüb. FutbolPlanet.Az xəbər verir ki, sözügedən müdafiəçi bir mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. 35 yaşlı oyunçu "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir. Ötən il onun rəhbərliyi altında Azərbaycan çempionu olan "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə başlayıb. Təcrübəli futbolçunun çalışdırdığı komanda qrupda ilk oyununu "Çelsi"yə qarşı keçirib və 0:5 hesabı ilə uduzub. Rəşad bu matçdan 5 saat sonra əsas komandanın kapitanı kimi "Çelsi"yə qarşı mübarizə aparıb (0:6) və bununla ÇL-nın tarixinə düşüb.

loading...