Kasilyasdan maraqlı açıqlamalar

"Porto"da çıxış edən İker Kasilyas Çempionlar Liqasındakı şanslarından danışıb. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli qapıçı bunları dilə gətirib: "Çempionlar Liqasında hər bir klubun ümidi olur. Hər şey oynayacağımız oyundan və bir az da şansdan asılıdır. Ancaq "Monako"nun bizdən daha güclü komanda olduğunu düşünürəm. Sadəcə, qrupdakı oyunlara köklənməliyik. Əgər növbəti mərhələyə yüksələ bilsək, həmin mərhələ haqda düşünmək olar".

loading...