UEFA reytinqi: Ölkəmiz 22-cidir!

Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, "Qarabağ" səfərdə "Çelsi"yə 0:6 hesabı ilə uduzsa da, bu, mövqeyimizə mənfi təsir göstərməyib. Belə ki, 18.625 xala malik olan ölkəmiz 22-ci pillədəki yerini qoruyub. London klubunun qələbəsi isə ingilislərin 1 pillə irəliləyərək, 2-ci sıraya yüksəlməsinə səbəb olub.

loading...