Zappakosta: "Ötürmə idi"

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la matçda fərqlənən Davide Zappakosta bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 25 yaşlı italyan müdafiəçi vurduğu qolla bağlı bunları deyib: "Açığı, ötürmə vermək fikrində idim. Lakin top birbaşa qapıya getdi. İnanıram ki, uğurlu seriyamız sonadək davam edəcək".

loading...