Kuba: "Bu oğlan Londonda qol vuracaq"

"Qarabağ"ın təcrübəli müdafiəçisi Yakub Jezniçak özünün "Tvitter" səhifəsində paylaşım edib. FutbolPlanet.Az xəbər verir ki, polşalı oyunçu Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə matçdan öncə komanda yoldaşları Maksim Medvedev və Dino Ndlovu ilə birlikdə London kafesində çəkdirdiyi şəkili paylaşıb. Kuba fotonun altında yazdığı şərhlə Ndlovunun bu gün qol vuracağını qeyd edib: "Ümid edirəm ki, bu oğlan Londonda qol vuracaq".

loading...