"Atletiko"dan "Mançester Yunayted"ə

"Atletiko"da çıxış edən Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, "Mançester Yunayted" sözügedən hücumçunu almaq fikrindədir. "Qırmızı şeytanlar" 26 yaşlı futbolçunun 100 milyon avroluq sərbəst qalma məbləğini ödəyərək, keçidi reallaşdıracaq. Gələn mövsümün transfer çalışmalarına indidən başlayan ingilis klubu Qrizmanla şəxsi razılığa gəlib və fransız oyunçu yeni klubunda 7 nömrəli formanı geyinəcək.

loading...