Bundesliqada bir ilk

Almaniya Bundesliqasında bir ilk reallaşıb. FutbolPlanet.Az xəbər verir ki, III turda baş tutan "Herta" - "Verder" matçını qadın hakim Bibiana Ştaynxaus idarə edib. O, 90 dəqiqə ərzində yalnız bir futbolçuya sarı vərəqə göstərib ki, bu da meydan sahiblərinin oyunçusu olub. Sözügedən görüş isə heç-heçə başa çatıb - 1:1.

loading...