DÇ-2018: "Play-off"un püşkatması nə vaxtdır?

DÇ-2018-in Avropa zonası üzrə "play-off" mərhələsinin püşkatmasının vaxtı açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, püşkatma mərasimi oktyabrın 17-i, Sürixdə baş tutacaq. Avropa zonası üzrə 9 qrupun qalibi DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə əldə edəcək. Ən yaxşı 2-ci yeri tutan 8 yığma komanda isə "play-off"da iştirak edəcək. "Play-off"da qələbə qazanan tərəflər də gələn il Rusiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə yüksələcək.

loading...