Devid Bekhem "Real"ın səfiri oldu

2003-2007-ci illər aralığında "Real"da forma geyinmiş əfsanəvi futbolçu Devid Bekhem "kral klubu"nun səfiri vəzifəsinə təyinat alıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Florentino Peres açıqlama verib. O, bildirib ki, ABŞ-ın "Mayami" klubunun sahibi olan keçmiş futbolçu, ispan nəhənginin bu ölkədəki səfiri olacaq.