"Anortosis"in vitse-prezidenti Arazdan danışdı

"Anortosis"in vitse-prezidenti Kiriakos Ciaqku "Qəbələ"dən 1 illik icarə əsasında Kipr klubuna keçən Araz Abdullayevin keçidinə münasibət bildirib. FutbolPlanet.Az xəbər verir ki, Ciaqku Arazla yanaşı, kot-d-ivuarlı forvard Seyku Sisseni də aldıqlarını söyləyib: "Araz Abdullayevin transferi başa çatıb. Sisse 2-3 gün ərzində komandamıza qoşulacaq. Biz bu futbolçulara inanırıq".