"Qarabağ"ın keçmiş forvardı klubunu dəyişdi

2015/2016 mövsümünün ilk yarısında "Qarabağ"da çıxış etmiş Raydell Puponun yeni komandası bəllidir. FutbolPlanet.Az xəbər verir ki, son olaraq "Boluspor"da top qovan və 20 qolla yadda qalan hollandiyalı oyunçu "Giresunspor"a keçib. 29 yaşlı hücumçu I Liqa təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

loading...