"Qarabağ" – "Kopenhagen": Biletlər satışa çıxır

Avqustun 15-i, saat 20:00-da, Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Kopenhagen" (Danimarka) matçının biletləri sabah satışa çıxarılır. FutbolPlanet.Az xəbər verir ki, azarkeşlər saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.