Arda Turan yenidən Türkiyə millisində!

"Barselona"da oynayan Arda Turan Türkiyə millisinə geri dönüb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Arda öz sosial hesabından məlumat verib. Təcrübəli yarımmüdafiəçi yığmanın yeni çalışdırıcısı Mirça Luçesku ilə İspaniyada görüşərək, yenidən millidə çıxış edəcəyinə dair razılıq verib.

Arda Makedoniya ilə yoldaşlıq matçından sonra təyyarədə jurnalist Bilal Meşeni ağır formada təhqir etdiyi üçün millinin düşərgəsindən kənarlaşdırılmışdı. O, həmin olaydan sonra yığmadakı karyerasını başa vurduğunu bildirmişdi.