"İnter"in müdafiəçisi "Beşiktaş"la anlaşdı

Son Türkiyə çempionu "Beşiktaş" heyətinə yeni oyunçu əlavə edib. FutbolPlanet.Az xəbər verir ki, İstanbul təmsilçisi "İnter"də çıxış edən Qari Medeli rənglərinə bağlayıb. Sözügedən müdafiəçi ilə 3 illik anlaşma əldə olunub. Təcrübəli futbolçu yeni klubunda illik 2 milyon 300 min avro gəlir əldə edəcək. Bu transfer "Beşiktaş"a 2,5 milyon avroya başa gəlib.

loading...