"Zirə"də ciddi itki

Avqustun 13-də, Premyer Liqanın ilk turu çərçivəsində "Səbail"lə üz-üzə gələcək "Zirə" qarşıdakı oyuna ciddi itki ilə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, komandanın əsas heyət üzvlərindən Jozef Bum zədəsi ucbatından birinci turu kənardan izləyəcək. Kamerunlu müdafiəçi bu gündən etibarən fərdi məşqlərə başlayıb. Kervens Belfortla Riçard Qadzeyə gəlincə, sözügedən futbolçular zədələrini tam sağaldıblar və onlar "Səbail"lə oyuna tam hazırdırlar.

loading...