"Qarabağ"ın müdafiəçisi "Səbail"də

Azərbaycan Premyer Liqasında debüt edəcək "Səbail" heyətini gücləndirib. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ"ın əvəzedici komandasında forma geyinən Kamran Əliyevi transfer edib. 19 yaşlı sağ cinah müdafiəçisi bundan sonra "Səbail"in uğurları üçün tər tökəcək. Onun atası Səttar Əliyev komandanın baş məşqçisi Samir Əliyevin köməkçisidir.