Azərbaycan – San Marino: Biletlər satışda!

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb. FutbolPlanet.Az xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin, biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:

VIP – 25 AZN

1-ci kateqoriya – 4 AZN

2-ci kateqoriya – 1 AZN

loading...