"Neftçi" - "Qarabağ" oyunu 1 manata

Premyer Liqamızın 2017/2018 mövsümünün I turu çərçivəsində, sabah 21:00-da, "Bakcell Arena"da keçiriləcək "Neftçi” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. FutbolPlanet.Az xəbər verir ki, biletlərin qiyməti adi sektorlar üçün 1 AZN, VİP yerlər üçün isə 5 AZN-dir.