Norveç - Azərbaycan matçı "İctimai TV"də!

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Norveç - Azərbaycan matçını yayımlayacaq kanal müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, oyunu "İctimai TV" birbaşa nümayiş etdirəcək. Bu barədə AFFA-nın rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Sentyabrın 1-də Oslo şəhərindəki "Ullevaal" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək. Bu yığmalar arasında keçən il Bakı Olimpiya Stadionunda reallaşan görüşdə millimiz qalib gəlib - 1:0.