AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində Vətən uşaq futbol məktəbininU-19 komandasının baş məşqçisi Fərrux İsmayılovla həmsöhbət olduq. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.

 

Fərrux İsmayılov hazırda nə işlə məşğul olur?

Hazırda yay tətili olduğu üçün istirahətdəyik. Bir qədər dincəlməyə ehtiyacımız var. Komandanı da, tətilə buraxmışam. Bir sözlə, istirahət edirik (gülür).

 

Bildiyimizə görə Vətən U-19 futbolçulardan ibarət komandanın baş məşqçi postunda çalışırsınız. Necə oldu ki, məhz Vətəni seçdiniz?

Həmin zamanda əvvəlki iş yerimdə pulsuzluq oldu. Lakin buna baxmayaraq işimizi davam etdirirdik Hardasa, 2-3 il pulsuz işlədik. Sonra isə Yaşar Babayev sağ olsun mənə iş təklif etdilər. Drektorumuz Mustafa müəllim sağ olsun məni çağırıb söhbət etdi. Və bildir ki, gəlsən komandaya çox məmnun olarıq. Məndə danışıqdan sonra təklifi qəbul etdim. Heçdə peşiman deyiləm. Bu il biz U-19-la 5-ci pilləni tutduq. Lakin sizə deyim ki, U-19 Vətən futbol məktəbinin heyətində ilk dəfə olaraq yarandı.

 

İlk dəfə Vətən komandasında bu yaşda komanda yaratmaq sizin üçün çətin başa gəldi?

İnanın çox çətin başa gəldi. Biz bu uşaqları bir çox bölgələrdən tapdıq gətirdik. Baxın 6 uşaq Bakıdan, 3 uşaq Təbriz müəllimin köməkliyi ilə Lənkərandan gətizdirdik. Bunadan başqa Vətənin özündən 6-7 uaşaq gətirdik. Hətta “İnter” klubundan da 2 uşaq çağırdıq. Bax belə çətinliklə komandanı yığa bildik.

 

 

Komandanı yığmaq və saxlamaq üçün yaradılan şəraitdən razı idinizmi. Yoxsa?

Əlbəttə razı qaldıq. O barədə yaxşı idi. Bizə bacardıqları kimi dəstək olurdular. Bölgələrdə təlim-məşq toplanışlarına yollanırdıq. Zaqatalada ən azı 10 gün qalırdıq. Bundan başqa, müxtəlif yarışlara qatılırdıq. Hətta qış fasiləsində də təlim-məşq toplanışına gedirdik. Məndə deməzdim bizə supper şərait yaradılıb. Lakin əllərindən gələni rəhbərlik edirdi. Narazı qalmadığımı söyləyə bilərəm. Bir sözlə dəstək vardı.

 

Bildiyimə görə, Vətən U-19 komandasında dəyişiklik olacaq. Hətta “Səbail”ə birləşdiriləcəyi söylənilir. Bu nə dərəcədə doğrudur?

Elə bir söhbətlər var. Bizdə bunun nə vaxt olacağını gözləyirik. Lakin hələ dəqiq bir söz demirlər. Hamımız elə onu düşünürük. Əgər alınarsa, orada çalışıacağıq. Alınmayacaqsa, mənim başqa bir yerdə çalışmağım üçün artıq təklif var.

 

Bəs sən birləşmənin lehinəsən?

Əlbəttə ki, birləşmələrini istərdim. Bu olsa, bizim üçün daha yaxşı olar.

 

Sizin vaxtlarınızda, uşaq futboluna bu qədər diqqət, qayğı, yox idi. Hətta yüksək maliyədə ayrılmırdı. Bununla bağlı nələr söyləyə bilərsən?

Bizim vaxtımızda deməzdim ki, tam diqqətsiz qalmışdıq. Sadəcə, şərait və kifayyət qədər maliyə ayrılmırdı. Bizim dövürdə futbolu daşda, asvaltda, torpaqda da oynayırdıq. Meydança görəndə sevinirdik. Və ot görəndə beş qat artıq oynayırdıq ki, yaşıl otdur. Ancaq bugünkü gündə hər bir şərait var. Sadəcə qalır oynamaq.

 

Lakin etiraf etdək ki, futbolumuzda inkişaf kifayət qədər istədiyimiz kimi yüksək deyil. Xüsusən də uşaq futbolumuz çox geri qalır?

Vallah indiki zamanda uşaqlarla işləmək çox çətindir. Uşqaların özlərində məhsuliyyətsizlik həddindən artıq çoxdur. Futbola sanki 2-ci dərəli bir peşə kimi yanaşırlar. Deyillər ki, mən gedirəm futbola. Futboldan və məşqdən sonra Allah bilir hansı işlərlə məşğul olurlar. Sırf futbolu fikirləşmirlər. Sanki, hobbi kimi baxırlar. Tam ciddi və məhsuliyyətli deyillər. Fikirləşməlidirlər ki, mən futbolçu olacamsa, bu işin arxasıyca düşməliyəm. Gecə vaxtında yatıb, səhər vaxtında durmalı, düzgün qidalanmalı, məşqlərinə vaxtı-vaxtında gəlməlidir.

 

Uşaqları bu qədər gerilədən səbəb, futboldan soyudan sizcə nədir?

Bilirsiniz, indiki zamanda texnoloqiya yüksək inkişaf edib. İnternet, xüsusi proqramlı telefonlar, oyunlar, uşqların fikirlərini dağıdır. Meyillərini daha çox onlara salırlar. Bütün bunlar futbola öz tsirini göstərir.

 

Lakin bunların qarşısını almaq mümkündür. Məsələn, ən azından ölkədə futbol akademiyaların sayı çox olarsa, hər klubun böyük bazası olarsa, bunların qarşısını almaq olar. Ən azından uşaqlar daima müəyyən müddətə qədər bazada qalıb, qidalanıb bütün diqqətlərini futbola yönəldəcəklər?

Belə olarsa, lap əla olar. Bir çox uğurlara nail olmaq olar. Lakin bir şeydə var ki, “Bakı”nın da, bazası vardı. Mən orda çalışan zaman biz bir müəllimlər olaraq uşaqla maraqlanırdıq. Gedirdik yoxlayaq ki, uşaq futboldan sonra nə işlə məşğul olur. Gecə vaxtında yatırlarmı. Bunlar istirahət zamanı öz otaqlarındadırlarmı. Nə dərəcədə diqqət ayrsaq da, yenə telefon əllərindədir. Gecə saat 1-də telefonla oynayır. Saatlarla və ya səhərə kimi telefonla oynayırdılar. Lakin Əli müəllim siz dediyiniz və verdiyiniz təklif çox müsbət reaksiya verərdi. Görün “Bakı” klubundan nə qədər istedadlı futbolçular yetişib. Həqiqətəndə futbol akademiyalarının sayı çox olarasa, klublarımızın böyük bazaları olarsa, uşaq futbolundakı sadaladığımız problemlərin 70 faizinin qarşısını ala bilərik.

 

Özünüzdə görürsünüz ki, Avropa səviyyəli normal bir futbolçumuz yetişməyib. Sizcə, bu problemlərin kökündə bəs nələr durur?

Bizim özümüzü Avropa ilə müqayisə etməyimiz çox tezdir. Hazırki az öncə sadaladığımız problemlərlə çətin olacaq. Lakin yenədə yaxşı futbolçularımız az-az olsa da, yetişməkdədir. Bizim U-19-da 3-4 milli səviyyəsində yaxşı futbolçularımız var. Lakin çox az yetişməkdədir. Məsələn, hər klubdan 3-4 futbolçu yaxşı çıxması belə azdır. Heç olmasa, hər klubun 20 futbolçusundan 7-si çıxsa, nəsə eləmək olar. Hər yaş qrupunda 6-7 yaxşı futbolçular yetişərsə, əlkədən keçirib nələrsə etmək olar. Bax onda Avropa səviyyəli futbolçularımız azda olsa olacaq.

 

Bildirdiniz ki, hər klubda azda olsa yaxşı futbolçular var. Necə düşnürsən, həmin istedadlarla fərdi çalışmalar olması onların daha yaxşı futbolçu kimi yetişməsinə daha yaxşı təkan verməzmi. Yəni belə futbolçulara xüsusi diqqət ayrılmalıdırmı?

Fərdi çalışmalar uşaqların özündən də aslıdır. Yəni, özləri buna can atırlarsa, təşkil edilməlidir. Fərdi çalışmalar futbolçuların inkişafın çox müsbət təsir edir. Bu amil futbolçunun çatışmayan cəhətlərini üzə çıxardır. Şəxsən məşqçim olmuş Novruz Əzimov mənim üzərimdə fərdi çalışmalar edirdi. Baxırdım ki, 17 yaşımda olarkən müəyyən çatışmamazlıqlarımı aradan qaldırmağa çox kömək olmuşdu. Məşqdən sonra Novruz müəllim məni evə getməyə qoymurdu. Məşqdən sonra fərdi çalışmalar edirdi. Nə çatışmamazlıqlar olurdusa, aradan qaldırmağıma kömək olurdu. Bəlkədə fərdi çalışmaların sayəsində mən daha da, inkişaf edib tanınmış futbolçulardan biri oldum. Onun xitməti danılmazdı.

 

Regionlarda futbolumuz çox axsayır. Bölgələrdə hər zaman istedadlı futbolçular yetişsədə, ardı gəlmir. Demək olar ki, kökü yavaş-yavaş kəsilməyə döğru gedir. Bir veteran futbolçu və məşqçi olaraq bu problemlərin həllini nədə görürsən?

Bütün klublarda maliyə sıxıntısı varsa, istedadlı futbolçular tapmaq çox çətin olacaq. Gəncədən üzü Qazax, Şəmkir, Tovuz zonasına qədər uşaq futbolu elə bil inqubator idi. Bu bölgələrdə istedadlı futbolçular durmadan yetişirdi. Lakin hazırki durumda Gəncədən O,tərəfə istedadlı uşaqları çıraqla axtarırıq. Cəmi 3-5 futbolu tapa bilirsən. Əvvəl bilmirdin hansı futbolçuları götürəsən. Biri-birindən istedadlı uşaqlar vardı. Tovuzda bir futbol akademiyası olsaydı, çox şey dəyişərdi. Fikrimcə, Bölgələrdə futbol akademiyaları olmayacaqsa, futbolçun inkişafında söhbət etməyə dəyməz. Mingəçevir futbol bölgəsi idi. Kimlər və hansı futbolçular yetişməmişdir orda. Biz özümüz Mingəçevirdə futbol oynamışıq. Möhtəşəm otmosfer, ojotaj, qalmaqal, həvəs, azarkeşlərin futbol sevgisi hər şey vardı. Hazırki gündə, Mingəçevirdə demək olar ki, futbola heç maraq yoxdur. Futbol akademiyasının olmaması sonluq nəticələrin belə olması gətirib çıxardır.

 

Sizcə, futbolumuzun hazırki durumunda, uşaq futbolunun axsamasında, avropa səviyyəli futbolçularımızın yetişməməsində, bölgələrdə futbolumuzun demək olar ki, süquta uğramasında Premyer Liqamızın aşağı səviyyd olması təkan verən problemlərdən biridirmi?axı səkkiz klubla mübarizə aparılan çempionatda hansı yüksəlişi gözləmək olar. Ən azı 14- 16 klub mübarizə aparsaydı daha uğurlu nəticələr olmazdımı?

Klublarda maliyə sıxınsı olmayacaqsa, problemlər çox olacaq. Bir məşqçi beş ay klubdan maaş almayacaqsa, uşaqları necə istklə hazırlaya bilər. Topu atacaq qabaqlarına ki, gedin özünüz oynayın. Özüdə başını bir təhər fırladacaq. Bir sözlə maliyə xüsusi rol oynayır. Digər tərəfdən, Premyer liqada klubların sayının azlığı da, çox mənfi təsir edir. Baxın 14 və ya 16 komandalı premyer liqamız olarsa, görün nə qədər uşaqlar klublara cəlb olacaq. Bölgələrdəki futbol ab-havası tam dəyişəcək. Bölgələrdə və Bakı ətrafında futbolun inkişafı sürətlənəcək. Azarkeşlər stadionlara gələcək. Biz oynadığımız dövürdə də Tovuzdan, Gəncədən, Şəmkirdən nə qədər azarkeş gəlirdi. Sadionun yarısı bölgə təmsilçilərinin azarkeşləri olurdu. Bundan başqa komandalarının sayının artması, kənarda qalmış istedadlı futbolçuların sayını kəskin azaldacaq. AFFA nə etsin. Bütün klublara AFFA maliyə ayıra bilməz axı. Bunlarıda fikirləşmək lazımdır. Hansısa, iş adamları gəlib klubları himayəyə götürməsə, çox çətin olacaq.

 

Uşaqlarla işləyən bir məşqçi olaraq futbolumuzda nələrin dəyişməyini istərdin. Və ya, hansı problemlərin aradan qalxmağını arzulayardınız?

2004 -2005-ci illərdə futbolumuzun yüksəlişi yadınızdadırmı. Bax həmin günlərin geri qayıtmasını istərdim . Arzu edirəm ki, uşaq futbolundakı bütün yaş qrupları daha çox Avropada keçrilən turnirlər qatılsın. Orda keçirilən bir oyun uşaqların 2-3 məşqlərinə dəyir. Bundan başqa, Premyer Liqamızda klubların sayının 14-16 qədər armasını istərdim. Məsələn, uşqların Avropadakı turnirlər qatılmasının qarşısını alan problemlər aradan götürülsə yaxşı olar. Yadıma düşdü ki, uşaqları xarici ölkəyə aparan zaman problemlər çox çıxır. Onların aparılması üçün Atası notariatdan xüsusi razılıq verməlidir. Biz Gürcüstana gedən zaman uşaqlardan birinin Atasının razılığında yazmışdır ki, oğlumun Türkiyə, İran, Rusiyaya getməsinə razıyam. Gürcüstana yazmadığı üçün uşağı geri qaytarmağa məcbur olduq. Şengen vizasının olmaması da, çox problemlər yaradır. Məhz bu üzdən Avropalılardan geri qalırıq. Uşaqlar nə qədər çox avropada turnirlərdə iştirak etsə, bir oqədər inkişaf edər.

 

Əli Həyati

loading...