"Qaraçuxur" ölkə çempionatında finala çıxdı

Həvəskarlar arasında təşkil olunan ölkə çempionatının cari mövsümünün ilk finalçısı bəllidir. FutbolPlanet.Az xəbər verir ki, yarımfinal matçında Salyanın "Kürsəngi" klubunu 8 cavabsız qolla məğlub edən "Qaraçuxur" adını finala yazdırıb. Bu komandaların ilk oyununda da qəsəbə təmsilçisi 5:1 hesablı qələbəyə sevinmişdi. "Qaraçuxur"un həlledici görüşdəki rəqibi bu həftə keçiriləcək "Bakı" - "Uğur" (Sumqayıt) matçından sonra bilinəcək.

loading...