Millimizin üzvü Deniz Yılmazın gələcək taleyi bəllidir. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli hücumçu karyerasını "Bursaspor"da davam etdirəcək. Ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyindən, komandadan qovulan 29 yaşlı futbolçu rəhbərlik tərəfindən bağışlanıb. Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib.

2016-cı ilin fevral ayında "Trabzonspor"dan Bursa təmsilçisinə keçən Yılmazın klubla mövcud müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

loading...