Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb. FutbolPlanet.Az xəbər verir ki, həmyerlimiz ÇL-nın II təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Rosenburq" (Norveç) – "Dandalk" (İrlandiya) matçını idarə edəcək. Ona Zeynal Zeynalovla Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov icra edəcək.

Bu komandaların ilk oyununda qalib müəyyənləşməyib - 1:1.

loading...