"Samtredia" - "Qarabağ": Hakimlər açıqlandı
2017-07-17 11:29:00

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Samtredia" - "Qarabağ" matçının hakimləri açıqlanıb. FutbolPlanet.Az xəbər verir ki, görüşü serbiyalı hakimlər briqadası idarə edəcəklər. Qarşılaşmada əsas söz sahibi Srcan Yovanoviç olacaq. Ona Uroş Stoykoviçlə Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. UEFA nümayəndəsi Pol Daniel Zaharia (Rumıniya), hakim-inspektor isə Laşzlo Vaqner (Macarıstan) olacaq.

Axtarış

Qalareya