Türkiyə millisinin üzvü rəsmən Çexiya klubunda

"Qalatasaray"da forma geyinən Semih Kaya iş yerini dəyişib. FutbolPlanet.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi karyerasını Çexiyada davam etdirəcək. O, Praqanın "Sparta" klubu ilə 3 illik müqavilə bağlayıb. Çexlər Türkiyə millisinin üzvü üçün İstanbul təmsilçisinə 2 milyon avro ödəyib. Semih özü isə yeni komandasında ilinə 1,5 milyon avro maaş alacaq.

loading...