Uesli Sneyder "Qalatasaray"dan ayrılıb. FutbolPlanet.Az xəbər verir ki, 2013-cü ildən "sarı-qırmızı" formanı geyinən təcrübəli oyunçunun gələn mövsümün sonunda başa çatacaq müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Məlumatı klubun rəsmi saytı yayıb. Əgər sözügedən yarımmüdafiəçi qarşıdakı 3 il ərzində Türkiyənin başqa klubuna keçsə, bu zaman İstanbul təmsilçisinə 20 milyon avro təzminat ödəməli olacaq. Deyilənə görə, hollandiyalı futbolçu karyerasını "Sampdoriya"da davam etdirəcək. Bundan başqa, 33 yaşlı oyunçuya ABŞ-dan da təkliflər var. Lakin Sneyder İtaliyada oynamağı daha çox istəyir.

loading...