"Sumqayıt" azarkeşləri onu seçdi
2017-07-15 13:25:00

"Sumqayıt" azarkeşləri onu seçdi

"Sumqayıt" rəsmi internet səhifəsində 2017/2018 futbol mövsümü üçün yeni transferdən hansı futbolçunun daha çox uğur qazanacağı ilə bağlı sorğu yerləşdirilib. FutbolPlanet.Az xəbər verir ki, 211 azarkeşin iştirak etdiyi sorğuda Cavid İmamverdiyev 36,9% səs toplayaraq, hamını qabaqlayıb. Komandanın fanatları mövsümün sonunda "Neftçi"dən "Sumqayıt"a keçən 27 yaşlı futbolçuya daha çox güvənirlər.

Axtarış

Qalareya