"Sumqayıt" "Sivasspor" və "Osmanlıspor"la görüşəcək
2017-07-15 12:12:00

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, hazırlıq prosesinin 2-ci mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. “Kimyaçılar” ilk olaraq Türkiyə superliqası təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Premyer Liqa klubu növbəti yoxlama görüşünü iyulun 20-i Səudiyyə Ərəbistanın əsas liqa təmsilçisi “Al-Fateh”a qarşı keçirəcək. 3-cü yoxlama matçı iyulun 23-ü, “Sivasspor”a qarşı olacaq. Son yoxlama oyununda isə rəqib Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a olacaq. Bu görüş iyulun 28-i nəzərdə tutulub.

Axtarış

Qalareya