“Qarabağ” və “Neftçi” klublarının iştirakı ilə keçiriləcək Azərbaycan Kubokunun final görüşünün yeri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, həlledici qarşılaşma mayın 25-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Nominal meydan sahibi “Qarabağ” olacaq final görüşünün başlama vaxtı hələ ki, bəlli deyil.