Avropa Liqası: Klublarımızın rəqibləri bəllidir
2017-06-19 16:54:00

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən püşkatma iki mərhələyə bölünüb. Turnirdə ölkəmizi təmsil edən "Qəbələ", "İnter" və "Zirə"nin rəqibləri müəyyənləşib.

"Mladost" (Serbiya) - "İnter" (Azərbaycan)

"Zirə" (Azərbaycan) - "Differdanj" (Lüksenburq)

"Qəbələ" - "Yaqelloniya" (Polşa)/"Dinamo" (Gürcüstan)

I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

Axtarış

Qalareya