"Qarabağ"ın ÇL-da rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə I təsnifat mərhələsinin 5, II təsnifat mərhələsinin 17 cütünün tərkibi müəyyənləşib. Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən "Qarabağ"ın rəqibi də bilinib. Yarışa ikinci təsnifat mərhələsindən başlayacaq Ağdam təmsilçisi Gürcüstanın "Samtredia" klubu ilə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları 11-12 iyulda, cavab matçları isə 18-19 iyulda baş tutacaq.

loading...