"Zirə"nin yeni kapitanı bəlli oldu

Elvin Məmmədovun "Qəbələ"yə gedişindən sonra "Zirə" yeni kapitanını seçib. FutbolPlanet.Az xəbər verir ki, kapitanlıq bazubəndi artıq 3-cü mövsümdür ki, komandanın qapısını qoruyacaq Anar Nəzirova həvalə olunub. Anar ötən mövsüm vitse-kapitan kimi çıxış edib. Təcrübəli qolkiper yoldaşlıq görüşü çərçivəsində Kamerunun "Kolumbe Sportive" klubuna qarşı keçirdiyi oyunda (8:0) "qartallar"ın kapitanı olub.

loading...