"Qarabağ"ın Avstriya toplanışı davam edir

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən məşq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Toplu və fiziki çalışmalarla hazırlığa yekun vurulub.

Qeyd edək ki, "atlılar" toplanış çərçivəsində ilk yoxlama oyununu sabah Rusiyanın "Axmat" klubuna qarşı keçirəcək.

loading...