Vüqar Əsgərov Latviyada qollarını sıralayır
2017-06-19 12:11:00

Futbol üzrə Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, Vüqar Əsgərovun çıxış etdiyi "Olayne" klubu bu tur səfərdə "Smiltene" ilə görüşüb. Oyun qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Sonadək meydanda olan həmyerlimiz 90 dəqiqə ərzində 3 qol vurmağı bacarıb. Beləliklə, Vüqar cari mövsüm vurduğu qolların sayını 8-ə çatdırıb. Onun komandası 10 turdan sonra topladığı 17 xalla 14 klub arasında 3-cü pillədə yer alır. Latviya klubunun bir oyunu da ehtiyatda qalır.

Axtarış

Qalareya