“Qarabağ” növbəti mövsüm üçün çalışmalarını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, ölkə çempionu klubun bazasında gündə 1 dəfə olmaqla məşqlərə çıxır. U-21 millimizin heyətində təlim-məşq toplanışında olan 3 futbolçu - Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov da artıq komanda ilə məşqlərə qoşulub. Bakıda baş tutan hazırlıq prosesində “Qarabağ" bu gün bir yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisinin rəqibi isə Qəhrəman Əliyevin başçılıq etdiyi “Bakı” klubu olacaq. “Azərsun Arena”da keçiriləcək matç saat 17:30-da start götürəcək.