"Qalatasaray"da Sabri dövrü başa çatdı

2001-ci ildən "Qalatasaray"da forma geyinən Sabri Sarıoğlu İstanbul klubu ilə yollarını ayırıb. FutbolPlanet.Az xəbər verir ki, "Cim-Bom" 32 yaşlı müdafiəçisini komandada saxlamağı lazım bilməyib. 44 dəfə Türkiyə millisinin formasını geyinən təcrübəli futbolçu "Qalatasaray"ın yetirməsidir. O, "sarı-qırmızılılar"ın heyətində keçirdiyi 16 ildə 478 matçda meydana çıxıb və 25 qol vurub.