"Səbail" Vüqar Nadirovu heyətinə qatdı
2017-06-14 10:00:00

Millimizin və "Qarabağ"ın keçmiş üzvü Vüqar Nadirovun yeni klubu rəsmən müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, 29 yaşlı hücumçu növbəti mövsümdən Premyer Liqada iştirak edəcək "Səbail" klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Son klubu Ağdam təmsilçisi olan təcrübəli yarımmüdafiəçi indiyədək "Karvan", "Masallı", "Xəzər Lənkəran", "Qəbələ" və "İnter" kimi klublarda çıxış edib.

"Səbail" daha əvvəl Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu və Raul Yaqubzadənin transfer edib.

Axtarış

Qalareya