Картинки по запросу Media komitəsi loqo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində U-16 milli komandasının baş məşqçisi Vuqar Məmmədlə həmsöhbət olduq. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.


Hal hazırda nə işlə məşqulsunuz. Komandada hansı işlər aparılır?

Belə deyək ki, 2002- və 2003-ci il təvəllüdlü futbolçulardan ibarət ayrı-ayrılıqda milli komandaları formalaşdırırıq. Demək olar 4-5 aydır ki, biz bu işlə məşğuluq. Yəni ümumilikdə U-15 ayrı, U-16 ayrı komandalar üzərində çalışırıq. Bizim U-16-yla üç təlim – məşq toplanışımız oldu. U-15-lə isə iki təlim – məşq toplanışı keçdik. Hər iki millinin 60-70 faiz fotmalaşdırmağı bacardıq. 



Bir baş məşqçi olaraq qarşınıza hansı məqsədləri qoymusunuz?

Hazırda hər iki milli komanda ilkin mərhələyə hazırlaşır. Biz U-15 və U-16 olaraq çalışırıq ki, U-17 millisinə ən azından 2, 3 futbolçu qazandıraq. Bundan başqa,gələn il üçün çalışırıq yaxşı milli komanda formalaşdıraq. 

Картинки по запросу Azərbaycan U-16 milli


Bilirik ki, uşaq futbolu ilə bağlı ölkədə problemlər hələdə qalmaqdadır. Məhz bu üzdən Avropa səviyyəli futbolçumuz yoxdur. Bu,problemlərin əsasını bir baş məşqçi olaraq nədə görürsünüz?

Bu istiqamətdə bir çox işlər görülür. Uşaq futbolundakı problemlərin aradan qaldırılması üçün müəyyən layihələr həyata keçrilirdi. Lakin təəssüflər olsun ki, bu layihənin ardı gəlmədi. Məsələn, Bakselin keçirdiyi “Mançester Yunayted” layihəsi və digərləri vardı. Lakin son vaxtlar bu kimi, layihələr çox azalıb. Klublar və milli komandalar arasında sıx əlaqələr olmalıdır. Hər yaş qruplarında ən yaxşı futbolçuların yetişdirilməsi üçün işlər görülməlidir. Çıxış yollardan biridə klublar və milli komandaların birgə əməkdaşlığı olması gərəkdir. Ən başlıcası bu gün Azərbaycanda həqiqətən futbolda inkişaf var. Ancaq bu, o demək deyil ki, tam olaraq belədir və yaxud arxayınlaşmalıyıq. Sözsüz ki, işləyiriksə müsbət və mənfi cəhətlərimiz olacaq. Aşağıda tam izahlı şəkildə bildirmək istərdim. Biz futbolda sadalayacağım üç önəmli məsələ üzərində artıq xeyli müddətdir ki, çalışırıq. Bura nələr daxildir: futbolda kütləvilik, təhsil və infrastruktur. Təbii ki, müəyyən qədər infrastruktur qurulub, bölgələrdə futbol festivalları, müxtəlif tədbirlər və o cümlədən də bütün ölkə üzrə hər yaş qruplarında ölkə çempionatı keçirilir. Məşqçilərin və digər mütəxəssislərin təhsili geniş şəkildə yayılıb. AFFA və UEFA-nın təşkilatçılığı ilə bütün kateqoriyalarda kurslar (C, B, A və PRO), qapıçı məşqçilərinə kurslar, seminarlar və futbolda çox önəmli amil olan fiziki hazırlıq üzrə seminarlar təşkil edilir. Bu kurslar öz mütəxəssislərimizlə birgə xaricdə böyük təcrübə və savada malik olan mütəxəssislər dəvət edilərək təşkil edilir. Bundan başqa, milli komanda məşqçiləri müxtəlif Avropa ölkələrində seminarlara və klublarda stajlara göndərilirlər. Sonra düşünürəm ki, biz ən çox klublarda futbol akademiyalarında böyük işlər görməliyik, yəni istər klub səviyyəsində, istərsə də milli komandalar səviyyəsində biz bunu etməliyik. Əgər futbolumuzda inkişaf istəyiriksə, tələsmədən böyük səbrlə yüksək səviyyədə futbolçular yetişdirməliyik və bunu mütləq beynəlxalq miqyaslı turnirlərdə oyunlar oynayaraq etməliyik. Bunu etmədən inkişaf mümkün deyil. Həqiqətən təsadüfü deyil ki, bu yaxınlarda Rumıniya millisinin baş məşqçisi Kristof Daum bizim ölkədə gedən inkişafı hal hazırda işlədiyi ölkə ilə fərqləndirdi. Fərqlənən üstün cəhətlər nədir: bəzi akademiyalarımız başqa ölkələrdə beynəlxalq turnirlərdə iştirak edir və yaxud Azərbaycanda özləri beynəlxalq turnirlər təşkil edir. Bəzi klublarda futbolçulara fərdi məşq planları tutularaq tətbiq edilir. Mənfi cəhətlər nədir: təəsüflər olsun ki, bəzi klublarımızda əsas komandalarda aparılan uğurlu işin davamını həmin komandaların Akademiyalarında görmürük. Elə klub akademiyaları var ki, komandaların normal şəraitdə məşq etmələri üçün meydançaları yoxdu və yaxud meydançası olanlar isə bir meydançada 2,3 müxtəlif yaş qrup komandaları eyni vaxtda məşqə çıxırlar. Əgər futbolçuların davamlı olaraq məşqlərindən danışırıqsa, təbii ki, futbolçuların bərpasınada böyük önəm vermək lazımdır. Ancaq əksər klubların bərpa məşqləri keçmələri üçün heç bir infrastrukturu yoxdu. Belə olan təqdirdədə aparıcı ölkələrə nisbətdə geri qalırıq. 




Bəs bununla bağlı AFFA-ya müraciət etmisinizmi?


Bəli. Bu işlərin həyata keçirilməsi ilə bağlı rəhbərlik tərəfindən müraciətlər olunub. Yəni 2020-ci il üçün hazırlıqlar getməlidr. Demək 1994-cü təvəllüdlərdən tutmuş, 2000-ci il təvəllüdlərlə bağlı işlər görülməlidir. Gəncə, Sumqayıt, Bakı və sairə bölgələri nəzərə alaraq, layihələr hazırlanıb. Hazırda bununla bağlı işlər gedir. Hər komandadan 3-5 futbolçu əsas milli komanda üçün hazırlanır.



Dediniz ki, 2020-ci ilə hazırlıqlar gedir. Yəni 2020-ci ilə qədər əsas milli komanda üçün müəyyən futbolçuların hazırlıqları gedir. Bir məşqçi olaraq belə futbolçular nəzərinizdə varmı?

Sizdə deyim ki, 2020-ci ilə qədər belə futbolçuların çıxmaq etimalı çox azdır. 2002-ci il təvəllüdlü futbolçular bu zamana qədər 18 yaşı tamam olacaq. Hardasa 22, 23 yaşından sonra əsas milli komandaya cəlb oluna bilərlər. U-17 milliləri ilə bağlı rəhbərlik layihə təklif edib. Və bunun üzərində işlər gedir. 

Baş məşqçi olaraq federasiyanın sizə yaratdığı şəraitdən rasınızmı?

Bugünkü gündə bir çox şərait yaradılıb. İstədiyimiz vaxtı müəyyən avropa komandaları ilə yoldaşlıq görüşləri keçiririk. İstər ölkəmizdə, istərsədə ölkədən kənarda oyunlar keçiririk. Bu oyunların keçrilməsi üçün biz onlara təklif göndəririk. Elə olur onlar bizə təklif göndərirlər. Sadəcə, olaraq müəyyən çətinliklər olur. Məsələn, Azərbaycan millisi olaraq bir çox inkişaf etmiş Avropa ölkələrinə təkliflər göndəririk. Sizə açığını deyim ki, istədiyimiz kimi alınmır. Çox vaxt bizim təklifləri qəbul etmirlər. Buna səbəb də, futbol ölkəsi olaraq ölkəmizin reytinqinin aşağı olmasıdır. Lakin bütün bunlara baxmayaraq biz yenədə axtarışdayıq. Mən şəxsən Çexiya, Avstrya və Litva komandalarla oyunnlar keçirmək üçün çox çalışıram. Bununla bağlı danışıqlarımız gedir. Yəqin ki, yaxın zamanlarda bu komandalarla oyunlarımız olacaq.

Əvvəllər Azərbaycanlı futbolçuların fiziki baxımdan Avropa ölkələrindən çox geri qalması sirr deyildi. Bu kimi, problemlərlə yenə üzləşirsinizmi?



Düzdür, əvvəllər belə problemlər vardı. Lakin sizi inandırım ki, indi belə prolemlər yoxdur. Yəni fiziki baxımdan belə problem yaşamırıq. Yəni Avropalılardan geri qalmırıq. İndiki problemimiz texniki bacarıq və taktiki baxımdan axsamadır. Fiziki baxımdan olan problemləri məşqçi istədiyi vaxtı aradan qaldıra bilər. Lakin texniki, taktiki baxımdan problemlərimiz var. Yenə deyirəm ki, bunları aradan qaldırmağın bir yoluda klublar və milli komandalar arasında sıx əlaqələrin olmasıdır. Futbolçuların funksiyanal bacarıqlarını qaldırmaq lazımdır.

Növbəti komanda şəklində təlim-məşq toplanışınız nə vaxta planlaşdırılıb?

Hazırda çempionat yeni başa çatıbdır. Bütün klublar və futbolçular tətilə çıxıbdır. Bir və ya iki komanda turnirə yollanacaq. Fikirləşirik ki, tətildən sonra avqust və ya, sentiyabır aylarında təlim-məşq toplanışı olacaq. Adını az öncə çəkdiyim komandalarla yoldaşlıq görüşləri oynamağı düşünürük. 

Niyə məhz bu komandalarla yoldaşlıq oyunlarına üstünlük verdiniz. Məsələn, bizə yaxın olan Gürcüstün, Rusiya, Türkiyə milliləri ilə oyunlara üstünlük vermirsiniz. Məncə, bu ölkələr daha tez razılaşarlar?

Bizə komandanı formalaşdıran zaman Türkiyədən təklif olmuşdu. Lakin Türkiyə komandası artıq 16-17 oyun oynamışdı. Məhz bu üzdən bizim ilk oyunumuz üçün çox çətin olacağını düşndük. Məhz buna görə Türkiyə millisi ilə oyuna mən etiraz etdim. Sadəcə, səbəbi bu idi. Lakin Gürcüstan millisi ilə oynamaq istəyirdik. Lakin onları U-15, U-16 milliləri yoxdur. Yəni hələ bu komandaları formalaşmayıb. Biz 4-cü səbətdə olduğumuz üçün istəyirdik ki,3-cü səbətdəki komandalarla oyun keçirək. Biz 3-cü səbətdəki ölkələrin bir neçəsi ilə danışıqlar aparmışdıq. Lakin müəyyən səbbələrə görə alınmadı. Ya bizim çempionatın keçrilmə vaxtı ilə üst-üstə düşdü. Yada ki, onların çempionatlarının vaxtına düşdü. Buna görə alınmadı. Ancaq sonradan məcbur 2-3 ölkəyə təklif göndərdik. Hazırda həmin ölkələrdən cavab gözləyirik. Hansı ölkələr razılıq verəcəksə, onlarla oynamağa hazırıq. Komandamızı demək olar ki, 50-60 faiz hazırdı.

Gələcəkdə Azərbaycanın parlayan ulduzu olacaq futbolçular görürsünüzmü?

Mən bu yaxınlarda Qəbələ ilə Yunanıstana səfər etmişdim. Onların oyunlarını izləmək üçün getmişdim. Məsələn həmin turnirdə azaərbaycanlı futbolçular vardı ki, yunanıstanlı baş məşqçilər də, çox bəyənmişdi. Onları qeyd etdilər. Bizdə də, bir neçə futbolçular var ki, gələcəkdə Avropa səviyyəli oyunçular ola bilərlər. Sadəcə olaraq, bu yaşdan sonra hər bir futbolçuya fərdi yanaşma olmalıdır. Əgər belə olmasa, çox çətin olacaq. Biz məşqçi kimi çox çalışmalıyıq. Və beynəlxalq oyunların sayını daha çox etməliyik. Mən əvvəllərdə qeyd etmişəm ki, Avropa klubları və milli komandaları bir birləri ilə daha çox oyun keçirirlər. Həmin avropa ölkələri sərhəd baxımından bir –birlərinə daha çox yaxındılar. Və tez-tez komandalar yarışlar və yoldaşlıq oyunları keçirirlər. Və bu, üzdən inkişafları göz qabağındadır. Məhz biz ölkə və futbol olaraq bu baxımdan geri qalırıq. U15 və U16 millisinə təyinat aldıqdan sonra uşaq və gənclər üzrə yarışların Təşkili şöbəsindən qeydiyyatdan keçən bütün futbolçuların siyahısını həmin şöbənin əməkdaşlarından əldə edərək, bütün futbolçularla yaxından maraqlanmağa başladıq. Düşünürəm ki, heç bir futbolçu diqqətdən kənarda qalmayacaq. Köməkçilərimlə bərabər bölgələrə ezam olunaraq, oyunların çoxsunu canlı izlədik, canlı baxa bilmədiyimiz oyunların video yazısını və yaxud oyunların protakollarını əldə etdik. Əlavə Milliyə namizəd olan oyunçuların çoxluq təşkil etdiyi komandalar tez tez Beynəlxalq turnirlərdə iştirak etdikləri oyunlarıda yaxından canlı izlədik. Ümumilikdə U-15 millisi (2003) üçün U-14 liqasında 1900 -ə yaxın futbolçu qeydiyyatdan keçib, U-16 millisi (2002) üçün U-15 liqasında 330 - a yaxın futbolçu qeydiyyatdan keçib. Əlavə olaraq U-16 liqasında qeydiyyatdan 25 futbolçu (2002) keçib. Bunlardan başqa ölkə xaricində oynayan Azərbaycanlı futbolçuların axtarışına başladıq və 8 futbolçu 2003 təvəllüdlü, 9 futbolçu 2002 təvəllüd qeydə aldıq. Yekun olaraq, hər iki millimiz üçün təxmini 2272 futbolçu nəzarətimizdədir. 

Əli HƏYATİ

loading...