Картинки по запросу Media Komitəsi loqo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində “Vətən” U-16 klubunun baş məşqçisi Elnur Zeynalovla həmsöhbət olduq. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.

Ölkədə istedadlı futbolçuların yetişməsində xüsusi rol oynayan uşaq futbolundakı problemlər və hazırki durumun hansı səviyyədə olmasını öyrənməyə çalışdıq. Baş məşqçi Elnur Zeynalaovla müsahibədə araşdırdıq ki, uşaq futbolundakı problemlərdən biri də valideyinlərdir. Bundan başqa bir çox məqamlara aydınlıq gətirdik.


Bildiyimiz kimi artıq turnirlər başa çatıb. Hal-hazırda işlər nə yerdədi?

Məlum məslədir ki, çempionat artıq başa çatıb. Məhz bu üzdən uşaqları buraxmışıq. Yəni, tam şəkildə istirahət edirlər. Bəzi uşaqlar vardı ki, zədələri vardı. Digərlərini həddindən artıq çox yorğun olduqları üçün istirahət veririk. İki futbolçumuz U-17 milli komandanın heyətində təlim-məşq toplanışına yollanıblar. Bayram və Məmmədov Murad artıq millinin düşərgəsindədirlər. Mirbağır müəllimin rəhbərlik etdiyi yığmadadırlar. Ayın sonuna kimi yüngülvari məşqlər edirik. 



Bildiyimizə görə 2001-ci il təvəllüdlərlə bağlı xarici ölkədə turnirə qatılmalısınız. Bu turnir haqda məlumat verməyinizi istərdim?

Bu turnir ola bilsin ki, Gürcüstanda və ya Türkiyədə baş tutsun. Yəni ölkəmizə yaxın ölkələrdə olacağı gözlənilir. Və ya, Rusiyanın hər hansı bir şəhərində ola bilər. Bununla bağlı bir cavab gözləyirik. Əgər belə bir turnir təşkil edilsə, yəqin ki, həmin turnirə qatılacağıq. 

Belə turnirlərə hər zaman qatılırsınız. Yoxsa, ilk dəfə olacaq?

Demək olar ki,Vətən futbol məktəbi hər yaşıd futbolçularını belə turnirlərə göndərir. 2002, 2003, 2005, 2006, 2007 və sairə təvəllüdlü futbolçularımız belə turnirlərə daima qatılır. Türkiy və Gürcüstan və Rusiyanın Soçi şəhərində belə turnirlərə iştirak ediblər. Lakin daha çox aşağı yaş qruplarında bu cür turnirlərə üstünlük verildiyi üçün, böyük yaşlı futbolçulara çətinlik olur. Ancaq bununla bağlı da, axtarışlar gedir. Bizlər üçün çox yaxşı olar ki, gedib özümüzü başaqa ölkələrin komandaları ilə yarışaq. Həmin ölkələrin komandaları ilə gücümüzü sınayaq. Bu böyük bir təcrübə olardı. 

Turnirin baş tutacağı dəqiqləşib. Yoxsa?

Hələ tam olaraq dəqiqləşmədiyi üçün buna tam cavab verə bilmirəm. Hələ tam dəqiq deyil. Məhz bu üzdən gözləmə mövqeyində durmuşuq.



Bu turniri təşkil etmək təşəbbüsü Vətən futbol məktəbi tərəfindən irəli sürülüb?

Xarici ölkələrə də, maraqlı gəlir ki, başqa dövlətlərin futbol komandaları ilə mübarizə aparsınlar. Bu, amil onlar üçündə maraqlıdır. Həmçinin xaici komandalar çox olan zaman, turnirlər daha maraqlı keçir. Msələn, Qəbələ futbol məktəbi Gürcüstanda Tibilisi şəhərində belə turnirlərin birində iştirak etmişdi. Onlar dəvət edirlər. Bizim özümüzdən də, belə təşəbbüs irəli sürülür. Ona görə də, cavab gözləyirik. May ayının axırları, iyun ayının ortalarına kimi, məsələyə aydınlıq gələcək. 

Az öncə, zədəli uşaqlarınızın olduğunu söylədiniz. Zədəli uşaq futbolçularınız çoxluqmu təşkil edir?

Zədələr adətən düzgün rejimin saxlanılmaması, fiziki olaraq yüklənmə ilə əlaqəli olur. Bundan başqa süni meydançalarda buna təkan verir. Həmçinin, futbolçularda öz işlərinə məhsuliyyətsiz yanaşır. Zədələr əsasən belə şeylərdən qaynaqlanır. Lakin zədələrimiz çox deyil. Sadəcə, çempionatın sonu olduğu üçün zədlər üzə çıxır. Buna görə də buraxmışıq ki, dincəlsinlər. Futbolçular var ki, çox yorulublar. İndi onları məşq etdirmək əsassız olar. Əksinə, səhətlərinə pis təsir edər. Bizdə öz növbəmizdə seleksiya işlərimizi davam etdiririk.

Ümumyyətlə, yaxın zamanlarda seleksiyalar sayyəsində yaxşı istedadlı futbolçular cəlb edə bilmisinizmi?

Hal-hazırda seleksiya işləri davam etdirilir. Uşaqların yavaş-yavaş axını başlayır. Bizdə həmin uşaqları nəzərdən keçiririk. Biz gedib orta məktəblərdən 16 yaşlı uşaqları cəlb edə bilmərik. Bundan başqa, bir çox uşaqlar Vətən futbol məktəbi haqda eşidib gəlirlər. Yəni, şəraiti və mşqləri onalrı ,valideyinlərini, qane edir. Müəyyən işlər görülür. Vətən futbol məktəbindən xüsusən axtarışlar edirik. Aşağı və yüxarı yaş qruplarında uşaqları izləyirik. Bacardığımız qədər bu işin öhtəsindən gəlməyə çalışırıq. Əsasən 2001 və 2002-ci il təvəllüdlü uşaqlara üstünlük veririk. Bu yaş qrupları komandalara daha çox cəlb edirik. 



Vətən futbol məktəbi artıq kifayyət qədər öz sözünü deməyi bacarıb. Lakin yenədə futbol məktəbinizi təbliğ etmək, reklam etmək, üçün hansısa işlər görülürmü?

Vətən futbol məktəbi olaraq hər ay orta məktəblərdə seleksiya xarakterli baxışlar keçirir. Demək olar ki, Təhsil Nazirliyinin nəzdnində olan bütün məktəblərlə iş birliyi edirik. Xüsusən də, aşağı yaşda olan uşaqlara üstünlük verirlir. Hardasa, 2005-dən 2008-ci ilə kimi uşaqları nəzərdə saxlayırıq. Lakin hazırda 2009-cu il təvəllüdlü uşaqlar üçün 1,2, 3-cü sinif şagirdlər içərisində seleksiya edirik. Vətən futbol məktəbində il boyu seleksiya işləri gedir. Onun müsbət nəticəsidir ki, 10 yaşdılarımız final oynadılar. 11 -12 yaşıdlarımız ¼-ə qədər getmişdilər. Bu komandalar və uğurlu işlərimiz peşəkar seleksiyaların nəticəsidir. Seleksiyalarımız il boyu, dyanmadan gedir.

Bəs təlim-məşq toplanışı ilə bağlı hansı planlarınız var?

Təlim-məşq toplanışlarımız hər il olur. Yay və qış təlim-məşq toplanışları baş tutur. Budəfəki toplanış avqust ayı üçün nəzərdə tutulur. Çünki, mərhələ-mərhələ ilə keçrilir. Bizim yığışmağımız da, nəzərə almaq lazımdır. Təkrar seleksiya işləri aparılacaq. Və bundan sonra təlim-məşq toplanışı olacaq. İlk toplanış Bakıda oldu. İnşallah növbəti təlim-məşq toplanışı dağ rayonlarının birində olacaq. Bu baxımdan bizim heç bir problemimiz yoxdur. İldə iki dəfə yüz faiz olur.

Hnası bölgədə olacağı dəqiqdirmi?

İlk öncə, dəniz ətrafı bölgələrdə təlim – məşq toplanışı olacaq. İkinci mərhələ yüz faiz bölgələrdən birində baş tutacaq. Həm iqliminə, həm havasına, görə bu seçimi etmişik. Bu bölgəərdə təlim-məşq toplanışları keçmək sağlamlıq və futbolçular üçün çox xeyirlidir. Futbolçu üçün ən vacib amillərdən biri komanda şəklində təlim-məşq toplanışı keçməsidir. Futbolçunun fiziki hazırlığından tutmuş, vitaminizasiyasına qədər nəzarət edilir. Şükür bizdə bu baxımından hər şey əladır.

Təlim-məşq toplanışları hazırki dövür üçün xeyli miqdarda pul deməkdir. Bir təlim – məşq toplanışı təxminən Vətən futbol məktəbi üçün hansı məbləğə başa gəlir?

Vallah maddiyat baxımından tam neçə manata başa gəldiyi haqda məlumatlı deyiləm. Lakin bilirəm ki, az pula başa gəlmir. Bizim üçün əsas odur ki, təlim-məşq toplanışı baş tutsun. Uşaqları necə lazımdırsa hazırlaya bilək. Qidalanmadan tutmuş bütün şərait bizi qane edir. Hansı qiymətə olduğunu bilmirəm. Hər halda ucuz başa gəlməz. Zaqatala, İsmayıllı bölgələrində təlim – məşqt toplanışları keyfiyyətli olur. Sağ olsun rəhbərlik bizi hər tərəfli təmin edir. Bu, rəhbərliyin Vətən futbol məktəbinə olan diqqətidir. Bu toplanışlara 1 və ya 3 nəfər yollanmır. Komanda şəklində gedilir. Ən azı 12-14 günlük toplanış olur. Bunlarda az məbləğ etmir. 

Təlim-məşq toplanışından qayıtdıqdan bir müddət sonra uşaqlarda eniş olmur?

Əslində, uşaqlarla bağlı bir çox məsələlər valideyinlərin boynuna düşür. Çünki uşaqlar düzgün qidalanma və rejimini gözləməlidir. Bir neçə vaxtdan sonra uşaqlarda yorğunluq, zəiflik, aydın şəkildə görünür. Baxın, bir insan və bir uşaq normal səkkiz saat yuxu yatmırsa, düzgün qidalanma olmursa, belə fəsadlar qaçılmaz olur. Uşaq gecə saat 2-də yatıb, saat 7-də məktəbə gedirsə, sonra məşqə gəlirsə, böyük fiziki yüklənmə olur. Hələ mən psixoloji və beyin yüklənməsini demirəm. Nə bilim, məktəbdən sonra hazırlıqlara gedirsə, bu uşaq geriyə addımmlayır. Hər bir valideyin evdə də uşaqlarını qorumalıdır. Bu uşaq əgər futbolu seçibsə və bu peşə ilə gedirsə, hər şey qaydasında olmalıdır. Bu kimi, çətinlikləri nəzərə almaq lazımdır. Lakin hər şey proqramlaşdırılsa, uşaqlar üçün çətin olmaz. Rejimini gözləməyən uşağa bir neçə dəflərlə desək də, nəticə olmur. Əgər nəticə olmursa, valideyinin üzərinə böyük məhsuliyyət düşür. Biz məşqçilər gündəlik məşqlər və təlim-məşq zamanı öz üzərimizə düşəni edirik. Lakin evdə valideyinlər uşaqlarına bu baxımdan yardımçı olmurlarsa, məşqçilərdən əlavə nəsə gözləmək olmaz. Düzdü, Bütün günahlar həmişə məşqçilərin üzərinə atılır. Futbol oyunlarındakı nəticələrdən sonra da, belə olur. Bundan başqa deyillər ki, məşqçi məndən rüşvət istədi, mənə imkan vermir, məni çox sıxır və ya, sındırır. Lakin inanın belə şeylər 100 –də 10 faizində belə ola bilər. Heç bir məşqçi özü-özünün düşmanı deyil ki, istedadlı uşağı kənardan qoysun. Əgər bir uşaq məşqçisinin ehtimadını qazana bilmirsə, buna kim nə edə bilər. Uşaq gərək öz mədəniyyəti, intizamı, bacarığı ilə məşqçisinin hörmətini qazansın. Onu ələ ala bilsin. Ehtimadını doğrultmaq üçün çox çalışsın. Bunları edə bilmirsə, çatışmamazlıq uşaqda olur. Yəni, günah məşqçidə deyil. Məsələn, mənim uşaqlıq məşqçim Böyükağa Abbasov olub. O, bizə deyirdi ki, futbol oynayan zaman çalışın hakimin də hörmətini qazanın. Hətta rəqib oyunçularının da, hörmətini qazanın. Bütün bunlar mədəniyyət və tərbiyədən əmlə gələn şeylərdi. Əgər futbolçu durub rəqibini vurur, söyür, təpik atırsa, istər –istəməz ona məşqçi tərəfindən mənfi yanaşılır. Hətta komanda yoldaşlarından belə mənfi reaksiya verilir. İdmançı ilk növbədə peşəsinə hörmət etməlidir. Və idmanı içtimaətə, ətrafa sevdirməlidir. 

Əli HƏYATİ

loading...