Картинки по запросу Media komitəsi loqo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində U-10, U-11, U-12, U-13, U-14 liqasına diqqət ayırdıq.

Uşaq futbolu ilə layihəmizi davam etdiririk. Uşaq futbolundakı problemlər hər zaman aktual olub və bu gün də öz aktuallğını qoruyur. Bu dəfə də uşaq futboluna daha çox yer verməyə çalışdıq. Xüsusən, aşağı yaş qruplarını diqqətdə saxlayırıq. Bu dəfə U-10, U-11, U-12, U-13, U-14 uşaq liqasına diqqət ayıracağıq. İstənilən inkişaf etmiş futbol ölkəsinin yüksəlişi uşaq futbolundan başlayır. Aşaqğı liqalarda keçrilən oyunlar və nəticələri ilə sizləri tanış edirik.

U-10 Liqasındakı nəticələr

U-10 Liqasında final mərhələsinin nəticələri artıq bəllidir. 1/2 final mərhələsinin ilk oyunlarında Qəbələ İK - Vətən RİOEUG və Əlincə FK - Neftçi PFK komandaları qarşılaşdı. Vətən RİOEUG komandası səfərdə bölgə təmsilçisinə 2 top vuraraq final mərhələsinə yaxınlaşmışdı. Əlincə FK komandası evdə Neftçi PFK-lə hərəyə 2 top vurmaqla bərabərə qalaraq, final şanslarını cavab qarşılaşmaya saxladılar. Cavab qarşılaşmasında Vətən RİOEUG - Qəbələ İK-ə 5:1 hesabı ilə qalib gələrək,finala adlarını yazdıqmağı bacarmışdılar. Digər yarımfinalçıların qarşılaşmasında isə Neftçi PFK - Əlincə FK-nu 6:2 hesabıyla evdə darmadağın edərək, finalda Vətən RİOEUG komandasına rəqib oldular. Final oyununda “Neftçi” komandası qələbə qazanaraq çempion olmağı bacardı. “Vətən” RİOEUG – “Neftçi” 1:2. Üçüncü yer uğrunda “Qəbələ”və“Əlincə” komandaları mübarizə apardılar. Nəticədə “Qəbələ” komandası rəqibini darmadağın edərək, 3-cü yerə sahib çıxdı. 

Картинки по запросу U-10 liqası


Nəticələr

1/4 final
İlk oyunlar
Sumqayıt FK - Qəbələ İK 0:4
Vətən RİOEUG - Leon FK 1:2
Əlincə FK - İOEUGİM (Sumqayıt) 3:1
Neftçi İK İB - Neftçi PFK 1:1

Cavab oyunları
Qəbələ İK - Sumqayıt FK 3:0
Leon FK - Vətən RİOEUG 0:2
İOEUGİM (Sumqayıt) - Əlinə FK 2:5
Neftçi PFK - Neftçi İK İB 2:0

1/2 final, ilk oyunlar
Qəbələ İK - Vətən RİOEUG 0:2
Əlinə FK - Neftçi PFK 2:2

Cavab oyunları

Vətən RİOEUG - Qəbələ İK 5:1

Neftçi PFK - Əlincə FK 6:2

3-cü yer

“Qəbələ” – “Əlincə” 6:1

Final

“Vətən” RİOEUG – “Neftçi” 1:2


U-11 uşaq liqasındakı nəticələr

U-11uşaq liqasında artıq finalçılar bəllidir. İlk olaraq 1/4 final İlk oyunlarındakı komandalar və nəticələr haqda məlumat verək. Ağsu FK - Qəbələ İK komandalarının qarşılaşmasında hər iki oyunda qələbə qazanan Qəbələ İK yarımfinala vəsiqəni təmin etdi. Yarımfinlada Sumqayıt FK komandasına evdə (4:1) səfərdə isə (2:4) hesabıyla qalib gələn bölgə təmsilçisi finala yüksəlməyi bacardı. 1/4 final mərhələsindən finala qədər irəliləyən komandalar Qarabağ FK və Neftçi PFK oldu. İlk öncə Qarabağ FK finala qədərki oyunlarına nəzər salaq. Qarabağ FK - Neftçi İK İB komandarının qarşılaşmasında qalib müəyyənləşmədi. Təkrar qarşılaşmada hər iki komanda hərəyə 2 qol vurdu. Lakin səfərdə daha çox top vuran Qarabağ FK komandası yarımfinala vəsiqə qazandı. Yarımfinalda Qarabağ FK - Neftçi PFK 1:1 bərabərə qaldı. Təkrar qarşılaşmada qapısından dörd cavabsız top buraxan bölgə təmsilçisi, yarımfinalda durduruldu. Final mərhələsinə vəsiqə qazanmış digər komanda Neftçi PFK səfərdə Vətən RİOEUG komandasına(4:2) hesabıyla məğlub olmuşdu. Lakin cavab qarşılaşmasında yüksək əzimkarlıq nümaiş etdirən Neftçi PFK komandası, rəqibinin qapısına 3 cavabsız top vuraraq, adını yarımfinala yazdırmağı bacardı. Yarımfinal mərhələsində Qəbələ İK - Sumqayıt FK komandalarının qarşılaşması çox maraqlı və bol qollu keçib. İlk oyunda bölgə təmsilçisi rəqibini (4:1) hesabıyla məğlub edib. Təkrar qarşılaşmaya iddialı yolanan Qəbələ İK səfərdə də, Sumqayıt FK komandasına qalib gəlib (2:4). Beləliklə U-11 uşaq liqasında finala adlarını yazdıran komandalar Qəbələ İK və Neftçi PFK oldu. 

Картинки по запросу U-11 liqası


Nəticələr


1/4 final
İlk oyunlar
Ağsu FK - Qəbələ İK 1:3
Səbail FK - Sumqayıt FK 0:3
Qarabağ FK - Neftçi İK İB 1:1
Vətən RİOEUG - Neftçi PFK 4:2

Cavab oyunları
Qəbələ İK - Ağsu FK 4:1
Sumqayıt FK - Səbail FK 1:0
Neftçi İK İB - Qarabağ FK 2:2
Neftçi PFK - Vətən RİOEUG 3:0

½ final, ilk oyunlar
Qəbələ İK - Sumqayıt FK 4:1
Qarabağ FK - Neftçi PFK 1:1

Cavab oyunları
Sumqayıt FK - Qəbələ İK 2:4
Neftçi PFK - Qarabağ FK 4:0


U-12 uşaq liqasındakı nəticələr


Bu turnirdəki nəticələr artıq bəllidir. Yəni final mərhələsində mübarizə aparacaq komandaların adları məlumdur. Yarımfinal mərhələsinə qədər gəlmiş komandaların 1/4 final, ilk oyunlardakı nəticələrlə sizləri tanış edirik. Yarımfinal mərhələsinə qədər gəlib çıxmış komandalardan biri də, Zirə FK komandasıdır. 1/4 final mərhələsində İlk oyunu Mil-Muğanla evdə keçirən Zirə FK komandası, böyükhesablı qələbə qazandı. (3:0). Təkrar qarşılaşmada da, üstün olan Zirə FK komandası (1:3) hesablı qələbə ilə 1/2 final mərhələsinə doğru adımlamışdı. Yarımfinal mərhələsində Zirə - Azəri TİM (0:0) qarşılaşmasında hesab açılmamışdı. Mərhələnin nəticəsi təkrar qarşılaşmada həll olundu. Əlavə vaxt olmaqla oyun boyu hesab açılmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilər süeriyası təyin edilmişdi. Penaltilər seriyasında qalib olan Azəri TİM adını finala yüksəldi.( Azəri TİM - Zirə 0:0 pen. 3:1). Digər finalçı Qəbələ komandası 1/4 final mərhələsinin ilk qarşılaşmasında öz meydanda qalib gələ bilməmişdi (0:0). Təkrar oyunda Neftçi PFK komandasıyla bərabərə qalaraq (2:2) yarımfinala adladı. Bölgə təmsilçi 1/2 finalın ilk oyununa evdə Leon komandasına qalib gəlməklə başladı. (2:0). Cavab oyununda isə Qəbələ daha böyük hesabla qalib gələrək finalçı oldu (0:4). 


Картинки по запросу U-12 liqası





1/4 final, ilk oyunlar

Zirə FK - Mil-Muğan (İmişli) 3:0
Qarabağ FK - Azəri TİM 0:0
Qəbələ İK - Neftçi PFK 0:0
Leon FK - Vətən RİOEUG 2:0

Cavab oyunları

Mil-Muğan (İmişli) - Zirə FK 1:3
Azəri TİM - Qarabağ FK 0:0 (pen. 3:0)
Neftçi PFK - Qəbələ İK 2:2
Vətən RİOEUG - Leon FK 2:2

1/2 final, ilk oyunlar

Zirə - Azəri TİM 0:0
Qəbələ - Leon 2:0

Cavab oyunları

Azəri TİM - Zirə 0:0 pen. 3:1
Leon - Qəbələ 0:4





Coca-Cola U-13 Liqasının nəticələri

Vətən RİOEUG komandası ¼ finalda səfərdə Xəzər Lənkəranla heç – heçə etməsi bir qədər düşünməyə vadar etdi. Finala qədər gedib çıxa bilmək iddiasında olan bir komandadan belə zəif nəticə gözlənilmirdi. Lakin qonaqlar cavab qarşılaşmasında qalib gəlməyi bacardı. Sadəcə, penaltilər seriyasında cənublulardan üstün olan Vətən RİOEUG komandası ½ finala çıxmağı bacardı. Yarımfinalda evdə Rəvan FK 2:1 hesabıyla qalib gəlməyi bacardı. Cavab qarşılaşmasında da, eyni hesablı qələbəni təmin edərək, finala vəsiqə qazanan tərəf oldular. Finala qədər gedib-çıxmış digər bir komanda Qəbələ oldu. ¼ final oyununda evdə İnter PİK üzərində minimal hesablı qələbə qazanan bölgə təmsilçisi, cavab qarşılaşmasında qollu-heç-heçə edərək (1:1) yarımfinala yüksələn tərəf oldu. Yarımfinal oyunu da ağır olduğunu söyləsək yanılmarıq. Mançester Yunayted Bakı komandası ilə səfərdə qolsuz heç-heçə hər iki komandaya final ümüdü verirdi. Ancaq təkrar qarşılaşmada Bölgə komandası doğma meydanda minimal hesablı qələbə qazanaraq, finalda “Vətən” RİOEUG komandasına rəqib oldu. Final oyununa gəlincə isə hər iki komanda sona qədər mübarizə apardı. Lakin fiziki baxımdan üstün olan Qəbələ komandası (1:0) vurduğu bir topla çempion olmağı bacardılar.

¼ final
İlk oyunlar

Xəzər Lənkəran FK - Vətən RİOEUG 0:0
Rəvan FK - Sumqayıt FK 2:0
Mançester Yunayted Bakı - Neftçi İK İB 2:2
Qəbələ İK - İnter PİK 1:0

Cavab oyunları

Vətən RİOEUG - Xəzər Lənkəran FK 0:0 pen. 3:1
Sumqayıt FK - Rəvan FK 0:2
Neftçi İK İB - Mançester Yunayted Bakı 0:5
İnter PİK - Qəbələ İK 1:1

½ final, ilk oyunlar

Vətən RİOEUG - Rəvan FK 2:1
Mançester Yunayted Bakı - Qəbələ İK 0:0

Cavab oyunları


Rəvan FK - Vətən RİOEUG 1:2
Qəbələ İK - Mançester Yunayted Bakı 1:0 

3-cü yer

Rəvan FK - Mançester Yunayted Bakı 1:2

Final

“Vətən” RİOEUG – “Qəbələ” 0:1



U-14 liqasının nəticələri


U-14 liqaısnda bir çox komandaların final uğrunda mübarizədə sona qədər mübarizə apardığını söyləmək olar. Xüsusən də, finala qədər gedib yüksəlmiş TİM (Gəncə) komandasından belə nəticə gözlənilmirdi. Əvvəlcə finala yüksəlmiş komandaların oyunlarını nəticəsini analiz edək. 1/4 finalın ilk oyununda səfərdə Əlincə FK komandası ilə qarşılaşan Gəncə təmsilçisi, (1:2) bir top fərqi ilə qələbəni təmin etməyi bacardı. Təkrar qarşılaşma isə hər iki komanda üçün çətin və məhsuldar keçdi (2:2). Nəticə belə olan halda, səfərdə qələbə qazanmış bölgə təmsilçisi yarımfinala adladı. Yarımfinal mərhələsində iki bölgə komanadasının qarşudurması baş tutdu. Doğma meydanda Qarabağ FK-nu bir topla yenən Gəncə təmsilçisi, cavab oyunu üçün daha iddialı idi. Təkrar qarşılaşmada isə qonaqlar son dəqiqələrdə vurduğu qola nəinki məğlubiyyətdən qaçdı, hətta finala adlarını yazdıran tərəf oldu. 1/4 finalda digər finalçı Neftçi PFK komandası, bölgə təmsilçisi UGİM Mingəçevir üzərində evdə (2:1) hesablı qələbə qazanmağı bacarıb. Təkrar qarşılaşmada eyni hesabla qalib gələn paytaxt təmsilçisi,yarımfinala yüksəlməyi bacarıb. Yarımfinalda iddialı rəqiblərindən olan Qəbələ komandası ilə evdə (2:2), səfərdə isə (1:2) hesablı qələbələrlə, finala çıxıan tərəf olublar. Finala gəlicə, maraqlı və gərgin mübarizə şəraitində keçən qarşılaşma olub. Qarşılıqlı hecumlar şəraitində keçən qarşılaşmada qalib tərəf paytaxt təmsilçisi olub. Beləliklə U-14 liqasının final mərhələsinin qalibi Neftçi PFK komandası olub.

Картинки по запросу U-13 liqası

1/4 final, UGİM Mingəçevir ilk oyunlar

Əlincə FK - TİM (Gəncə) 1:2
Qarabağ FK - Sumqayıt FK 5:0
UGİM Mingəçevir - Neftçi PFK 1:2
Vətən RİOEUG - Qəbələ İK 1:0

Cavab oyunları

TİM (Gəncə) - Əlincə FK 2:2
Sumqayıt FK - Qarabağ FK 2:0
Neftçi PFK - UGİM Mingəçevir 2:1
Qəbələ İK - Vətən RİOEUG 1:0

½ final, ilk oyunlar

TİM (Gəncə) - Qarabağ FK 1:0
Neftçi PFK - Qəbələ İK 2:2

Cavab oyunları

Qarabağ FK - TİM (Gəncə) 1:1
Qəbələ İK - Neftçi PFK 1:2

3-cü yer uğrunda

Qarabağ FK - Qəbələ İK 0:1

Final

TİM (Gəncə) - Neftçi PFK 1:2

Əli HƏYATİ

loading...