İngiltərə Premyer Liqasında çıxış edən "Uotford" klubu mövsüm başa çata kimi baş məşqçisi Valter Matsarri ilə yolları ayıracaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb. İtalyan mütəxəssis “Uotford”un "sükanı arxası"na ötən ilin mayında keçib. Premyer Liqada qalmağı bacaran “sarı-qaralar”, Premyer Liqada keçirdiyi son 5 oyunu məğlubiyyətlə başa vurub.